Azərbaycan Tibb Universitetinin komandası XIV Respublika Universiadasının qalibi olub
“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələri tələbələri arasında keçirilən XIV Respublika Universiadası başa çatıb.

11 idman növü üzrə təşkil edilən universiadada ən yüksək nəticə göstərən Azərbaycan Tibb Universitetinin komandası birinci yeri tutub. Bakı Mühəndislik Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin təmsilçiləri, müvafiq olaraq, ikinci və üçüncü yerlərə layiq görülüblər.

XIV Respublika Universiadasında 23 ali təhsil müəssisəsindən 986 tələbə-idmançı mübarizə aparıb ki, onlardan 786-sını oğlanlar, 200-nü isə qızlar təşkil edib.

Xatırladaq ki, martda start götürən universiadada yarışlar idmanın şahmat, dama, stolüstü tennis, basketbol, badminton, sərbəst güləş, yunan-Roma güləşi, cüdo, atletika, voleybol və badminton növləri üzrə keçirilib.

Xəbər 657 dəfə oxundu.