Gəncədə uşu üzrə respublika turnirinə start verilib
Noyabrın 17-də Gəncə Olimpiya İdman Kompleksində uşunun sanda növü üzrə yeniyetmələr, gənclər və böyüklər arasında respublika turnirinə start verilib.

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Uşu Federasiyasının birgə təşəbbüsü ilə keçirilən yarışda 200-ə yaxın idmançı iştirak edir.

Turnirdə Bakı, Gəncə, Göyçay, Mingəçevir, Şəki və Ağcabədi klubları qatılıblar.

Xəbər 703 dəfə oxundu.