Azərbaycan badmintonçusu beynəlxalq turnirinin finalına vəsiqə qazanıb
Azərbaycan badmintonçusu Edi Reski Dviçayo “Cameroon International 2019” turnirinin finalına vəsiqə qazanıb.

Mübarizəyə səkkizdəbir final mərhələsindən başlayan badmintonçumuz ilk görüşdə əlcəzairli Mohamed Əbdüləziz Oçefounu 2:0 hesabı ilə udub. Növbəti mərhələdə Nigeriya idmançısı Qodvin Olofuanı 2:0 hesabı ilə məğlub edən E.Dviçayo yarımfinalda belçikalı Maksim Morelsi 2:1 hesabı ilə üstələyərək finala yüksəlib. O, finalda Avstriya təmsilçisi Luka Vraberlə mübarizə aparacaq.
Qeyd edək ki, turnirdə 29 kişi və qadın badmintonçu iştirak edir.

Xəbər 972 dəfə oxundu.