Sesk çimərlikdə
Qarşıdakı Avropa çempionatına hazırlığı ispan yığmasının yarımmüdafiəçisi Sesk Fabreqas çimərlikdə cazibədar rəfiqəsi Daniela Simanla birgə keçirib. İdman.com.az saytının məlumatına görə, arada yaranan fasiləni o, İbisanın qızıl qumları üzərində istirahətə həsr edib.

Fabreqasın özü ilə çimərliyə apardığı sevgilisi keçmiş milyonçu xanımı və iki uşaq anasıdı. Danielanın 11 yaşlı qızı və 9 yaşlı oğlu var. Seskin hətta qolunda sevgilisinə həsr olunmuş döyməsi də var. Burada onun adının ilk hərfi «Mənim həyatımda əbədi» sözləri yazılıb.

Çimərlikdə isə Seskin əhvalı çox yaxşı olub. Onu bir tərəfdən səmadakı günəş, digər tərəfdən həmin günəşdən qızınan altındakı qum, digər tərəfdən də yanındakı gözəl qızındırıb.

Xəbər 1252 dəfə oxundu.