Bakıda bədii gimnastika üzrə beynəlxalq turnir keçiriləcək
Noyabrın 16-17-də Bakıda bədii gimnastika üzrə “II Victory and Aquatic Palace cup” beynəlxalq turniri keçiriləcək.

Yarış 4-13 yaş qrupuna aid olan idmançılar arasında təşkil olunacaq.

Turnirə Azərbaycanla yanaşı, Rusiya və Gürcüstandan 250 gimnast qatılacaq. 2 gün davam edəcək yarışın açılış mərasimi noyabr 16-da, saat 12:00-da Bakı İdman Sarayında olacaq.

Xəbər 746 dəfə oxundu.