Su polosu üzrə Bakı turnirinin qalibləri müəyyənləşib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Su İdman Sarayında su polosu üzrə paytaxt turniri keçirilib.

Turnirdə gənclər və böyüklər arasında 8 komanda iştirak edib.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda gənclər arasında “Akvatik 4” komandası birinci olub. Böyüklərin yarışında isə Respublika Yüksək İdman Ustalığı Məktəbinin komandası qızıl medal qazanıb.

Mükafatçılara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri təqdim olunub.


Xəbər 670 dəfə oxundu.