Hapkidoçularımız dünya çempionatında uğurla çıxış ediblər
İtaliyanın Karrara şəhərində Dünya Koreya Döyüş Sənətlərinə daxil olan hapkido döyüş növü üzrə keçirilən dünya çempionatında idmançılarımız uğurlu çıxış ediblər.

Yarışa 40-a yaxın ölkədən 5 mindən çox idmançı qatılıb. Azərbaycanı isə yarışlarda bir məşqçi olmaqla, altı hapkidoçu təmsil edib.

Yarışlar zamanı idmançılarımız beş növ üzrə dünya çempionu olub, üç növ üzrə yarışlarda isə gümüş medal qazanıblar. Fərqlənən idmançılardan olan Sübhan Hümbətov (75 kq) veteranlar arasında qızıl medal qazanıb.

S.Hümbətov döyüş idman növləri ilə məşğul olmaqla yanaşı, həm də Bakının ən fəal fiziki tərbiyə müəllimlərindən biridir. O bu il BŞGİBİ tərəfindən keçirilən Gənclər və İdman Nazirliyinin yaranması gününə həsr olunmuş tədbirdə fəxri fərmanla təltif olunub. Bu da öz növbəsində göstərir ki, Baş İdarə yeniyetmə və gənc idmançılarla apardığı idman siyasəti ilə yanaşı, veteran idmançı və idman mütəxəssisləri ilə də düzgün, məqdəsyönlü iş fəaliyyəti qurub.

AZƏRTAC


Xəbər 665 dəfə oxundu.