Ağcabədidə məktəb komandaları arasında şahmat üzrə rayon birinciliyinin qalibləri məlum olub
Ağcabədidə şahmat üzrə məktəblilərin respublika çempionatının rayon mərhələsinin yarışları Cəfərbəyli kənd tam orta məktəbin komandasının qələbəsi ilə başa çatıb. İkinci və üçüncü yerləri müvafiq olaraq Ağcabədi şəhər 4 nömrəli və Rəncbərlər kənd tam orta məktəblərinin komandaları tutublar.

Gənclər və İdman, Təhsil nazirliklərinin, Azərbaycan Milli Olimpiya Komitəsi və Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən respublika birinciliyinin rayon mərhələsində Ağcabədinin ümumtəhsil məktəblərinin komandaları iştirak edib. Uşaq Gənclər İdman Şahmat Məktəbində keçirilən yarışın sonunda qaliblərə Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim edilib.

Xəbər 712 dəfə oxundu.