Kriştiano Ronaldo het-trik sayında Lionel Messini üstələyib | |
“Avro 2020”nin seçmə mərhələsi çərçivəsində Portuqaliya milli komandası Litva yığmasını doğma meydanda 6:0 hesabı ilə məğlub edib. 34 yaşlı hücumçu Kriştiano Ronaldo bu matçda 3 qol vuraraq karyerasında 55-ci het-trikə imza atıb. Ronaldo yığmada 9, klubda isə 46 matçda 3 qol vurub. Argentina millisinin və “Barselona” komandasının kapitanı Lionel Messinin hesabında isə 52 het-trik var. İtaliyanın “Yuventus” klubunun şərəfini qoruyan Ronaldo karyerasında 705 qol vurub. AZƏRTAC |
|
Xəbər 874 dəfə oxundu. |
|
|