Avropa kuboku: Altıncı turda şahmatçılarımızın rəqibləri “AVE Novy Bor” və “Monte Karlo” komandalarıdır
Noyabrın 15-də Monteneqroda şahmat üzrə klublararası Avropa kubokunun 6-cı turunun oyunları keçiriləcək.

“Vüqar Həşimov” klubu Çexiyanın “AVE Novy Bor”, “Odlar Yurdu” komandası isə Monakonun “Monte Karlo” kollektivi ilə mübarizə aparacaq.

Beş turun nəticəsinə görə, “Vüqar Həşimov” klubu 8 xalla 6-cı, “Odlar Yurdu” komandası 6 xalla dördüncü yerdədirlər.

“Vüqar Həşimov” klubunda Rauf Məmmədov, Vüqar Əsədli, Ülvi Sadıqov, Anar Allahverdiyev, Aydın Süleymanlı, Əhməd Əhmədzadə və ukraynalı qrossmeyster Nataliya Buksa, “Odlar Yurdu” komandasının heyətində isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Zeynəb Məmmədyarova yer alıblar.

Xəbər 602 dəfə oxundu.