Nataliya Mustafayeva bu dəfə mükafatsız qaldı
İsveçrənin Lütsern şəhərində keçirilən akademik avarçəkmə üzrə Dünya Kubokunun II mərhələsinə yekun vurulub. İdman.com.az saytının məlumatına görə, yarışda Azərbaycanı təmsil edən Nataliya Mustafayeva bu dəfə mükafatçılar sırasına düşə bilməyib.

Qadınlar arasında 1-nəfərlik qayıqla 2000 metr məsafəyə yürüşün finalında o, 4-cü yeri tutub. Finişə 7 dəqiqə 27:28 saniyəyə çatan avarçəkənimiz çinli Siuyun Çanq (7:25.49), avstraliyalı Kim Krou (7:26.42) və çex Mirka Knapkovadan (7:26.91) geri qalıb. Əvəzində təmsilçimiz yeni zelandiyalı Emma Tviqq (7:40.79) və rusiyalı İlya Levinanı (7:44.88) geridə qoyub.

Qeyd edək ki, Nataliya Mustafayeva Dünya Kubokunun I mərhələsində bürünc medal qazanıb. O, həmin yarışda Siuyun Çanq və Mirka Knapkovadan geri qalıb.

Xəbər 1182 dəfə oxundu.