Astaralı güləşçilər Rusiyada keçirilən turnirdə iki qızıl medal qazanıblar
Rusiya Federasiyasının Vladivastok şəhərində Q.A.Asalievin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə IV Ümumrusiya turnirində astaralı idmançılar uğurla çıxış ediblər.

İki gün davam edən turnirdə idmançılarımız Ramiq Heybətov (57 kq) və Musa Ağayev (52 kq) birinci yeri tutaraq, fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.

Musa Ağayev, həmçinin “Ən yaxşı texnikaya görə” xüsusi kubok ilə mükafatlandırılıb.

İdmançıları yarışa Əməkdar məşqçi Məhərrəm Ağayev və məşqçi Samir İmaməliyev hazırlayıblar.

Xəbər 710 dəfə oxundu.