Baroş vurmağa başlayıb
Avstriya Bad-Valtersdorfunda təlim-məşqlərdə olan Çexiya yığması bundan öncə yerli aşağı divuizion komanasını 7:1 hesabı ilə üstələməsilə öyünə bilməzdi və daha ciddi sınaqda – İsrail millisi ilə matçda gücünü göstərməyə möhtac idi.

İdman.com.az saytının məlumatına görə, Mixal Bilekin oyunçuları hələ də optimal heyətlə oynaya bilmirlər. Zədəli «topçu» Tomaş Rosiçki İsraillə oyuna da çıxa bilmədi. Ancaq qitə klub kubokunu bir neçə gün öncə başı üzərinə qaldırmış Petr Çex artıq Bilekin ixtiyarında idi. Doğrudu, məşqçi hələlik ehtiyat qapıçısı Yaroslav Drobnını sınaqdan çıxartdı.

Meyanda əsl yoldaşlıq əhvalı hökm sürürdü. Bu, rəqiblərin bir-birinə qarşı ehtiyatlı davranması və səmimi ünsiyyətində əks olunurdu. Bununla belə, hesabın açılmasını çox gözləmək lazım gəlmədi. Milan Baroş yenidən qol duyumunu unutmadığını göstərdi. Şexter fasilə ərəfəsi bərabərlik yaratsa da, matçın hər mənada yoldaşlıq xarakteri daşımasına son dəqiqədə Lafata imkan vermədi – 2:1.

Xəbər 914 dəfə oxundu.