Bakı alpaqut Turan döyüş sənəti üzrə ikinci dünya çempionatına ev sahibliyi edəcək
Noyabrın 22-24-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində Alpaqut Turan döyüş sənəti üzrə ikinci dünya çempionatı keçiriləcək.

Yarış döyüş sənətinə daxil olan beş - Aypara, Batur, Caymaz, Qurşaq və Kaçut sistemləri üzrə təşkil olunacaq.

İyirmi ölkədən idmançıların mübarizə aparacağı yarışın açılış mərasimi noyabrın 22-də saat 16:00-da başlayacaq.


Xəbər 750 dəfə oxundu.