Azərbaycanın U-17 komandası Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizəyə başlayır
On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, yığmamız saat 17:00-da Yunanıstanın Patra şəhərindəki “Papacharalambio Ethniko” stadionunda bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Oyunu çexiyalı baş hakim Ondrey Peçanec idarə edəcək. Ona Radek Kotik (Çexiya) və Viktor Matyaş (Ukrayna) kömək edəcəklər. Dördüncü hakim funksiyasını ukraynalı Denis Şurman yerinə yetirəcək.

Xəbər 819 dəfə oxundu.