Belarus Paralimpiya Komitəsinin prezidenti Oleq Şepel Bakıda səfərdədir
Belarus Paralimpiya Komitəsinin prezidenti Oleq Şepel Bakıda səfərdədir.

Belarusun idman rəsmisi Heydər Əliyev Fondu və Milli Paralimpiya Komitəsinin birgə keçirəcəyi “Yenilməzlər” adlı qala təqdimatda iştirak etmək üçün Bakıya gəlib.

Belarus Paralimpiya Komitəsinin prezidenti O.Şepel atletika üzrə beşqat Paralimpiya çempionudur.

Xatırladaq ki, noyabrın 13-də Bakıda Heydər Əliyev Fondu və Milli Paralimpiya Komitəsinin birgə təşkilatçılığı “Yenilməzlər” adlı beynəlxalq qala təqdimat keçiriləcək. Tədbirin başlıca məqsədi paralimpiya dəyərlərini təbliğ etməklə yanaşı, ölkədə fəaliyyət göstərən özəl şirkətlərin korporativ sosial məsuliyyət sahəsində stimullaşdırılmasıdır.


Xəbər 944 dəfə oxundu.