“Qəbələ”nin gürcüstanlı futbolçusu XI turunun ən yaxşı oyunçusu seçilib
Noyabrın 12-də futbol üzrə Azərbaycan Premyer Liqasının XI turunun ən yaxşı oyunçusu müəyyənləşib.

Azsport.az Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, “InStat”ın təhlilinə əsasən, Azərbaycan Premyer Liqasının 2019-2020-ci il mövsümünün 11-ci turunun ən yaxşı futbolçusu “Qəbələ” klubunu dayaq yarımmüdafiəçisi Merab Qiqauri olub. Gürcüstanlı futbolçu “Səbail”ə qarşı keçirdiyi görüşdə 90 dəqiqə meydanda olub və komandasının 3:0 hesabı ilə qalib gəlməsində böyük rolu olub.

Xəbər 570 dəfə oxundu.