Superkubok növbəti «El Klassiko»nu gözləyir
«Barselona»nın İspaniya Kubokunu qazanması İspaniyada yeni mövsümün növbəti «El Klassiko» ilə başlamasını təmin edib. İdman.com.az saytının məlumatına görə, kubokun son sahibi La Liqanın qalibi «Real»la iki möhtəşəm matç keçirməli olacaq.

Həmin oyunların ikincisi Tito Vilanovanın «Barselona» sükanında ilk oyunu olacaq. Yeni baş məşqçi ilk oyunu cəzası səbəbindən buraxmalı olacaq. Bu cəzanı o, ötən Superkubokda Joze Maurinyo ilə münaqişə səbəbindən almışdı. Portuqaliyalı həmin zaman aldığı cəzaya görə indiki görüşlərin hər ikisini kənardan izləməli olacaq.

Xəbər 1059 dəfə oxundu.