Rahim Sterlinq İngiltərə millisinin düşərgəsindən uzaqlaşdırılıb
İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt “Mançester Siti” klubunun futbolçusu Rahim Sterlinqi milli komandanın düşərgəsindən uzaqlaşdırıb.

Buna səbəb 25 yaşlı hücumçunun yığmadakı komanda yoldaşı Co Qomeslə dalaşmasıdır. “Mançester Siti”nin heyətində İngiltərə Premyer Liqasının ötən turunda “Liverpul”a səfərdə 1:3 hesabı ilə uduzduqları görüşdə 22 yaşIı müdafiəçi ilə mübahisə edən Sterlinq bunu yığmanın düşərgəsində də davam etdirib.

O, əlbəyaxa olduğu Qomesin boğazından tutub. Nəticədə baş məşqçi Q.Sautqeyt Sterlinqi yığmadan kənarlaşdırıb. Lakin futbolçunun adı Monteneqro ilə qarşılaşmanın rəsmi iştirak ərizəsində saxlanılacaq.

Q.Sautqeyt qərarını bütün komandanın razılığı ilə qəbul etdiyini bildirib.

Qeyd edək ki, İngiltərə millisi noyabrın 14-də Montoneqronu qəbul edəcək, 3 gün sonra Kosovonun qonağı olacaq.


AZƏRTAC

Xəbər 751 dəfə oxundu.