Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında könüllü qanvermə aksiyası keçirilib
Noyabrın 8-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Dövlət bayrağı günü və Akademiyanın 89 illiyinə həsr olunmuş könüllü qanvermə aksiyası keçirilib.

Hər il ənənəvi şəkildə keçirilən layihə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi – Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşlığı ilə həyata keçirilir.

Artıq 3 ildir təşkil olunan layihədə Akademiyanın professor-müəllim və tələbə heyəti Hemofiliya və Talassemiyadan əziyyət çəkən uşaqlar üçün könüllü şəkildə qan verirlər.

“Qan verək, bir həyatın qəhrəmanı da biz olaq” şüarı ilə keçirilən aksiyada məqsəd, tələbələr arasında humanist ideyaları təbliğ edərək, həyat xilas etmək üçün addım atmaqdır.

Xəbər 660 dəfə oxundu.