“Məhsul” həndbol komandası qələbə seriyasını davam etdirir
Kişi həndbolçuların Azərbaycan çempionatında dördüncü turun görüşləri keçirilib.

Azsport.az Azərbaycan Həndbol Federasiyasına istinadla xəbər verir ki, yarışın əsas favoriti sayılan “Məhsul” komandası “Təhsil” ilə oyunda da azarkeşlərini sevindirib. Son ölkə çempionu rəqibin müqavimətini qırmaqda çətinlik çəkməyib. Qarşılaşma 38:22 hesabı ilə “Məhsul”un xeyrinə nəticələnib.

Günün digər matçında imkanları yüksək qiymətləndirilən komanda qalib gəlib. U-18 – “Bakı” görüşündə nominal ev sahibi çox çalışsa da, daha təcrübəli rəqibin inamlı qələbəsinə mane ola bilməyib - 42:22.

Kişilərin ölkə çempionatında növbəti turun oyunları noyabrın 16-da keçiriləcək. Həmin gün “Bakı” “Məhsul”la, “Təhsil” isə U-18 ilə üz-üzə gələcək.

Aktivində 8 xalı olan “Məhsul” yarış cədvəlinin şəriksiz lideridir. “Bakı” ondan iki xal geri qalır. “Təhsil” iki xalla üçüncü pillədə qərarlaşıb. U-18 komandasının hələ də xalı yoxdur.

Xəbər 1022 dəfə oxundu.