Azərbaycan badmintonçusu “CONDENSATE Kazakhstan International Series 2019” turnirində çıxış edib
Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Qazaxıstanın Uralsk şəhərində “CONDENSATE Kazakhstan International Series 2019” turnirində çıxış edib.

Kişilərin şəxsi yarışında mübarizəyə onaltıdabir final mərhələsindən qoşulan idmançımız ilk görüşündə Qazaxıstan badmintonçusu Vyaçeslav Vlassova 2:0 hesabı ilə qalib gəlib. Dviçayo səkkizdəbir final mərhələsində Avstraliya təmsilçisi Keiz Mark Edisonu 2:0 hesabı ilə məğlub etməklə turnirdə ardıcıl ikinci qələbəsini qazanıb. Dörddəbir finalda badmintonçumuzun turnirin qalibi Ditlev Jaeger Holmla görüşü 3 set davam edib. E.Dviçayo gərgin keçən oyunda danimarkalı rəqibinə 1:2 hesabı ilə uduzub.

Xəbər 981 dəfə oxundu.