Region Liqası: Qusarın “Şahdağ” klubu Region Liqasında liderliyə yüksəlib
Qusarın “Şahdağ” futbol klubu Azərbaycan Region Liqasının III turunun oyunları çərçivəsində səfərdə inamlı qələbə qazanıb.

Paytaxt və Şimal Zonası qrupunda “İrəvan” komandası ilə qarşılaşan qusarlılar 4:1 hesabı ilə qalib gəliblər. Bu, “Şahdağ”ın ardıcıl üçüncü qələbəsidir.

Qrupun digər oyunlarında “Xudat” Qubanın “Şahdağ” komandasına (2:3) uduzub, “Qusar” isə “Qardaşlar”ı 15:3 hesabı ilə məğlubiyyətə uğradıb. Qrupda turun sonuncu oyunu “Uğur” (Sumqayıt) və “Şirvanovka” (Qusar) komandaları arasında olacaq.

Paytaxt və Şimal Zonasında qrupa 9 xalla Qusarın “Şahdağ” klubu başçılıq edir. “Uğur” qələbə qazanacağı təqdirdə liderliyi qusarlılarla bölüşəcək.


Xəbər 692 dəfə oxundu.