Ağır atletika üzrə Azərbaycan kuboku: Ceyhun Tağızadə 89 kiloqram çəki dərəcəsində qızıl medal qazanıb
Ağır atletika üzrə Azərbaycan kuboku yarışları davam edir.

Bu dəfə körpücük üzərinə çəkisi 89 kiloqrama qədər olan atletlər çıxıblar. Lənkəran idmançısı Ceyhun Tağızadə toplam 295 kiloqram (135+160) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qaıxıb. Gümüş medalı toplam 281 kiloqram (127+154) nəticə ilə İsmayıl Baxışov, bürüncə isə toplam 271 kiloqram (120+151) nəticə ilə İsa Həsənli yiyələnib.

Yarışlarda şəhər və rayonların, idman klublarının, mərkəzlərinin, Uşaq-gənclər idman məktəblərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atleti öz qüvvəsini sınayır. Azərbaycan kubokunun təşkilində məqsəd atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir.

Xəbər 968 dəfə oxundu.