“Qarabağ” “Zirə” ilə oyunda xal itirib | |
Noyabrın 10-da futbol üzrə Azərbaycan Premyer Liqasının 11-ci turuna yekun vurulub. Turun sonuncu görüşündə “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Zirə”ni qəbul edib. Görüşdə hesabı “Qarabağ” 5-ci dəqiqədə Maqali Qeyenin sayəsində açsa da, fasilədən sonra - 69-cu dəqiqədə Riçard Qadze hesaba tarazlıq gətirib. Qarşılaşma bu hesabla başa çatıb. “Qarabağ” 11 turdan sonra 27 xalla çempionatın lideridir, “Zirə” isə 11 xalla 6-ci yerdə qərarlaşıb. |
|
Xəbər 709 dəfə oxundu. |
|
|