Avropa birinciliydə
Slovakiya paytaxtı Bratislavada gənc qılıncoynadanlar arasında Avropa birinciliyi başlayıb. İdman.com.az saytının xəbərinə görə, yarışda bizin komanda da mübarizə aparır. Ölkəmizi sözü gedən sınaqda ferederasiyanın vitse-prezidenti Yaşar Məmmədovun rəhbərliyi ilə 7 idmançı təmsil edir.

Sablyaçı qızların yarışında Sevinc və Sevil Bünyatova bacıları ilə yanaşı, daha gənc olan Fatimə İbrahimova, oğlanların analoji yarışında isə Yusif Budaqov, Hüseyn Dadaşov və Cavanşir Səfərov körpücük üzərinə çıxacaq. Şpaqaçıların yarışına qatılan yeganə təmsilçimiz isə Kənan Əliyevdir.

Xəbər 2339 dəfə oxundu.