Ağır Atletika üzrə Azərbaycan kuboku: 73 kiloqram çəki dərəcəsində qalib müəyyənləşib
Ağır atletika üzrə Azərbaycan kuboku yarışları davam edir.

Körpücük üzərinə bu dəfə çəkisi 73 kiloqrama qədər olan atletlər çıxıblar. Toplam 283 kiloqram (122+161) nəticə göstərən Elşad Şərifov Azərbaycan kubokunun sahibi adını qazanıb. Gümüş medalı yetərincə yaxşı nəticə – 273 kiloqram (120+153) göstərən gənc Rüstəm Qasımov əldə edib. Bürünc medal isə toplam 272 kiloqram (124+148) nəticə göstərən Paşa İbrahimliyə qismət olub.

Yarışlarda şəhər və rayonların, idman klublarının, mərkəzlərinin, uşaq-gənclər idman məktəblərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atleti öz qüvvəsini sınayır. Azərbaycan kubokunun təşkilində məqsəd atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir.

Xəbər 1013 dəfə oxundu.