Ağır atletika üzrə Azərbaycan kuboku turniri: Elşən Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb
Ağır atletika üzrə Azərbaycan kuboku yarışları davam edir.

Yarışlarda bu dəfə qalib çəkisi 61 kiloqrama qədər olan atletlər arasında müəyyən edilib. Toplam 237 kiloqram (107+130) nəticə ilə Elşən Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sonrakı yerləri müvafiq olaraq toplam 230 kiloqram (105+125) nəticə ilə Tehran Məmmədov və 184 kiloqram (84+100) nəticə ilə Elvin Şükürzadə tutublar.

Yarışlarda şəhər və rayonların, idman klublarının, mərkəzlərinin, Uşaq-gənclər idman məktəblərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atleti öz qüvvəsini sınayır. Azərbaycan kubokunun təşkilində məqsəd atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir.

Xəbər 1019 dəfə oxundu.