Bakı Biznes Universitetində Vinq-çun üzrə turnir keçirilib
Bakı Biznes Universitetinin idman zalında vinq-çun üzrə Dövlət Bayrağı gününə həsr olunmuş Bakı Kuboku turniri keçirilib.

Yarış vinq-çun idman növünün vinq çun-kontakt və vinq çun- tao lu kateqoriyası üzrə baş tutub.

Yarışda 14 klubdan ümumilikdə 180 idmançı mübarizə aparıb.
Bu turnirdə ilk 3 yeri tutmuş idmançılar növbəti ayda Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının Bakı şəhərində təşkil edəcəyi Prezident Kuboku uğrunda beynəlxalq festivalda güclərini sınayacaqlar.


Xəbər 663 dəfə oxundu.