Nataliya Mustafayeva Dünya Kubokunun II mərhələsinin finalında
İsveçrəninn Lütsern şəhərində keçirilən Dünya Kubokunun II mərhələsində Azərbaycan akademik avarçəkəni Nataliya Mustafayeva finala yüksəlib. İdman.com.az saytının xəbərinə görə, qadınlar arasında 1-nəfərlik qayıqla mübarizə aparan təmsilçimiz yarımfinalda ilk “3-lüy”ə düşməyi bacarıb. O, 2000 metr məsafəni 7 dəqiqə 26,60 saniyəyə qət edib. Finişə 2-ci çatan Mustafayeva yalnız avstraliyalı Kim Kroudan (7:23.44) geri qalıb. Rusiyalı İlya Levina (7:30.05) isə 3-cü yeri tutub. Mustafayevadan əlavə, Krou və Levina da finala çıxıb.

Mayın 27-də Bakı vaxtı ilə saat 17:25-də başlanacaq həlledici yürüşdə avarçəkənimizin digər rəqibləri Emma Tviqq (Yeni Zelandiya), Mirka Knapkova (Çex Respublikası) və Siuyun Çanq (Çin) olacaq. Qeyd edək ki, Nataliya Mustafayeva Dünya Kubokunun I mərhələsində bürünc medal qazanıb.

Xəbər 1405 dəfə oxundu.