Lənkəranda bədən tərbiyəsi müəllimləri üçün məşqçi kursuna yekun vurulub
Lənkəranda fəaliyyət göstərən orta məktəblərdə çalışan bədən tərbiyəsi müəllimlərinin futbol sahəsində biliklərinin artırılması məqsədilə AFFA-nın və Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunan D kateqoriyalı məşqçi kursuna yekun vurulub.

50 müəllimin iştirak etdiyi kursun sonuncu günündə təcrübi məşğələlər keçirilib. Yekunda iştirakçılara sertifikatlar və tədris vəsaitləri təqdim olunub.

Xəbər 703 dəfə oxundu.