KİV nümayəndələri arasında ənənəvi şahmat turniri başa çatdı
«Azərbaycan» nəşriyyatının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş KİV təmsilçiləri arasında ənənəvi şahmat turnirinə yekun vuruldu. 22 mediya mənsubunun dairəvi sistem üzrə mübarizə apardığı rəqabətdə qalib yalnız son turda müəyyənləşdi. Gərgin mücadilədə «Teleqraf» qəzetinin əməkdaşı Ceyhun Əliyev əsas rəqiblərini geridə qoyaraq qalib adını qazandı. O, cəmi bir dəfə uduzdu.

AzərTAc-ın təmsilçisi Ramiz Quliyev və «Qanun və hədəf» qəzetinin nümayəndəsi Pünhan Şükür turnir cədvəlində 2-3-cü yerləri bölüşdürdülər. Şəxsi əmsalları daha yüksək olan R.Quliyev 2-ci yerə çıxdı. «İdman»ın əməkdaşı Kamran Hacı bu dəfə 6-cı yer tutdu. O, 15 xal topladı.

Turnirin rəsmi bağlanışı mayın 31-də «Azərbaycan» nəşriyyatında olacaq. Fərqlənənlər təşkilatçı tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Yarışı Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənov idarə etdi.

Xəbər 1320 dəfə oxundu.