Naxçıvanlı karateçilərimiz Avropa çempionatında uğurlu nəticələr qazanıblar
Makedoniyanın Skopiya şəhərində karate idman növü üzrə keçirilən XI Avropa çempionatında iştirak edən Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının idmançıları uğurlu nəticələr qazanıblar.

7 idmançı və 1 məşqçi müəllimlə yarışa qatılan Naxçıvan komandası 5 qızıl, 2 gümüş, 11 bürünc olmaqla, ümumilikdə, 18 medalla vətənə qayıdıblar. Belə ki, Rafiq Hüseynli 8-9 yaş qrupunda şəxsi döyüş üzrə 3 qızıl, Vüsal Seyidov 14-15 yaş qrupunda şəxsi döyüş üzrə 2 qızıl, 1 gümüş, komanda üzrə 1 bürünc, Aslan İsmayılov 16-17 yaş qrupunda şəxsi döyüş üzrə 1 bürünc, komanda üzrə 1 bürünc, Sərcan Məmmədov +18 yaş qrupunda şəxsi döyüş üzrə 2 bürünc, komanda üzrə 1 bürünc, Rəşad Qasımov 16-17 yaş qrupunda şəxsi döyüş üzrə 1 gümüş, komanda üzrə 1 bürünc, Nərgiz Həsənli 10-11 yaş qrupunda şəxsi döyüş üzrə 2 bürünc, Yaqub Qəmbərov 10-11 yaş qrupunda şəxsi döyüş üzrə 2 bürünc medal qazanıblar. Komanda hesabında isə Naxçıvan komandası III yerin sahibi olub.

Qeyd edək ki, çempionatda 20 Avropa ölkəsindən 1500 nəfər idmançı iştirak edib. Onlar 3 kateqoriya üzrə (WKF, Şobu Nihon və Şobu Sanbon) mübarizə aparıblar.

Xəbər 719 dəfə oxundu.