“Bakı”nın legioneri “Avrovizia-2012”-dən danışıb
“Avrovizia-2012” Azərbaycanda gözlənilən bayram idi. Şəhərin bütün fikri bu yarışmaya yönəlib”. İdman.com.az saytının məlumatına görə, bu sözü Vayda-Qriksayte Çesnauskis deyib. “Bakı” klubunun futbolçusu Deyvidas Çesnauskisin həyat yoldaşı vətəni Litvada Azərbaycan təəssüratları ilə bağlı müsahibə verib. 2002-ci ildə “Litva gözəli” müsabiqəsinin qalibi olan xanım futboldan deyil, hazırda Bakıda keçirilən “Avrovizia-2012” musiqi yarışmasından danışıb:

“Yarışmaya hazırlıq mənim də xoşuma gəldi. Bu hazırlıqlar yalnız ötən il, yarışa təşkilatçılıq hüququ qazanılandan sonra başladı. Biz də həmin vaxtdan 1 ay sonra Bakıya köçdük. “Bakı” klubuna keçən Deyvidas məni və uşaqları da ora apardı. Bu hazırlıqlar çox şən əhval-ruhiyyədə keçirdi. Hər şey o qədər sürətlə başa çatdı ki. Adama elə gəlir ki, bir günə ev də tikib hazır etmək olar”.

Xəbər 1130 dəfə oxundu.