Ukraynalı futbolçuların xanımları nə etdilər?
Avro-2012-də ev sahibi qismində iştirak edəcək Ukrayna yığması üzvlərinin xanımları komandalarının qələbələri naminə əyinlərindən paltarlarını çıxarıblar. İdman.com.az saytının məlumatına görə, bunlar Olesya Qusyeva, Viktoriya Konoplyanka və Alla Seleznyovadır. Xanımlar açıq-aşkar geyimlərdə «Maxim» kişi jurnalının səhifələrində peyda olublar. Onlar həyat yoldaşlarına «Medalsız dönməyin!» müraciətini ediblər.

Yevgeni Seleznyovun xanımı Alla deyir: «Doğrusu, düşünürdüm ki, Jenya çəkilişlərin əleyhinə olacaq. Lakin təəccüblüdü ki, o, deyilənləri çox sakit dinlədi: çox sevinməsə də, məyus da olmadı. O ancaq bunları dedi: Nə istəyirsən et!».
Müsahibə verən qızlar etiraf ediblər ki, Ukrayna yığmasının ev yarışında uğuruna inanırlar. Bir neçə gün öncə Rusiyanın «Serebro» qrupu da öz ölkələrinin yığmaları üçün soyunmuşdular.

Xəbər 1048 dəfə oxundu.