Şəhriyar Məmmədyarov “Grand Chess Tour 2019”un ilk yarış gününü üç heç-heçə ilə başa vurub
Noyabrın 6-da Buxarestdə rapid və blits üzrə “Grand Chess Tour 2019” seriyasının növbəti mərhələsi start götürüb. Turnirin ilk günü şahmatçılar rapid üzrə üç turda mübarizə aparıblar.

Ölkəmizi nüfuzlu turnirdə təmsil edən Şəhriyar Məmmədyarovun vyetnamlı Le Kyanq Liem, rusiyalı Vladislav Artemiyev və hindistanlı Vişvanatan Anandla qarşılaşmaları heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, rapid turniri noyabrın 8-dək davam edəcək. Noyabrın 9-10-da isə blits turnirinin partiyaları oynanılacaq. Turnirin mükafat fondu 150 min ABŞ dollarıdır.

Xatırladaq ki, “Grand Chess Tour 2019”un əvvəlki mərhələləri Abican, Zaqreb, Paris, Sent-Luisdə təşkil edilib. Turnirin növbəti mərhələsi isə bu ayın Kəlkətə şəhərində baş tutacaq. Final seriya isə noyabrın 30-dan dekabrın 10-dək Londonda təşkil ediləcək.

Xəbər 681 dəfə oxundu.