Növbəti futbol falçısı fildir
Polşanın Krakov şəhərindəki heyvanxananın sakini olan Çita adlı fil də Avro-2012-nin nəticələrini öncədən görüb deməyi «boynuna götürüb». İdman.com.az saytının məlumatına görə, 33 yaşlı fil Krakov şəhərinin rəhbərliyi və yerli radiostansiyanın təşkil etdiyi sınaqlardan uğurla çıxıb. Müsabiqədə fil iki tutuquşu və bir uzunqulaqla mübarizə aparıb. Onlara Çempionlar Liqasının finalının nəticəsini tapmaq tapşırılıb.

Heyvanlara qarşılarına qoyulan iki qabdan birini seçmək təklif olunub. Bu boşqablarda komandaların loqoları əks olunub. Qalibi yalnız fil düz tapıb.
İndi Çittaya məsul qitə oyunlarına görücülük etmək imkanı veriləcək. Kiyev fan-zonasında isə, xəbər verdiyimiz kimi, bu işlə donuz məşğul olacaq.

Xəbər 939 dəfə oxundu.