Ağır atletika üzrə Azərbaycan kuboku turniri keçiriləcək
Noyabrın 9-10-da Ağır Atletika Akademiyasının Şüvəlan qəsəbəsindəki yarış zalında ağır atletika üzrə Azərbaycan kuboku turniri keçiriləcək.

Yarışda şəhər və rayonların, idman cəmiyyət, klub və mərkəzlərinin, Uşaq Gənclər İdman məktəblərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atleti qüvvəsini sınayacaq.

Turnirin təşkilində məqsəd atletlərin hazırlıq vəziyyətinin yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir.

Xəbər 1131 dəfə oxundu.