Qılıncoynadanlarımız Latviyada dünya kuboku turnirində iştirak edəcəklər
Azərbaycanın gənc qılıncoynadanları noyabrın 8-11-də Latviyanın paytaxtı Riqada keçiriləcək şpaqa üzrə dünya kuboku turnirində iştirak edəcəklər.

Turnirdə millimizin üzvlərindən Xalid Əliyev, Barat Quliyev, Ruslan Həsənov, Kənan Məlikzadə və Fərrux Səfərov güclərini sınayacaqlar.

Yarışda 38 ölkədən 249 kişi idmançı mübarizə aparacaq.


Xəbər 737 dəfə oxundu.