Ukraynada yeni sürət qatarları
Avro-2012 şəhərləri arasında qatar səfərləri indi daha qısa müdətə başa tutacaq. Yeni sürət qatarlarının istifadəyə verilməsi yola sərf edilən vaxtı 25 faiz azaldacaq.
İdman.com.az saytının məlumatına görə, saatda 160 km sürət yığa bilən qatarlar Ukraynanın dörd Avro-2012 şəhərinin hər birini – Kiyev, Xarkov, Donetsk və Lvovu bir-birilə birləşdirəcək. Bu marşrutlar həmçinin Dnepropertrovsk və Odessanı da əhatə edəcək.

Əgər əvvəl Kiyevdən Lvova ən yaxşı halda 6 saata çatmaq mümkün idisə, indi bu vaxt heç 5 saata çatmayacaq. Paytaxtdan Xarkova yol 6 saat əvəzinə 4,5 saat vaxt tələb edəcək. İndi şəhərlər arasında gün ərzində ən azı bir sürətli qatar işləyəcək. Kiyev və Xarkov arasında isə qatarlar gün ərzində iki dəfə – səhər və axşam hərəkət edəcəklər.

UEFA nümayəndəsi Martin Kallen bildirib ki, bu, ev sahibləri şəhərləri arasında ərazi baxımından ən uzaq məsafələr olacaq. Busəbəbdən nəqliyyatın sürətli hərəkəti mühüm rol oynayacaq. Azarkeşlər münasib qiymətə və minimal vaxta rahat şəkildə lazımi məntəqələrə çatdırılmalıdılar.
Ümumiyyətlə, bütün dünyadan olan azarkeşləri qəbul edəcək 4 yeni hava limanı da istifadəyə hazırdır.

Xəbər 1358 dəfə oxundu.