Karateçilərimiz “Golestan Cup” beynəlxalq turnirində 10 medal qazanıblar
İranın Gülüstan şəhərində keçirilən “Golestan Cup” beynəlxalq turnirində Azərbaycan karateçiləri uğurla çıxış ediblər.

“Qaraqaplan” klubunun məşqçisi Orxan Şabanovun rəhbərliyi altında mübarizə aparan komandamız 10 medal qazanıb. Belə ki, müxtəlif yaş qruplarında Tural Ələkbərli (67 kq) və Ümid Əsgərov (30 kq) qızıl, Nicat Kərimli (57 kq), Nihat Kərimzadə (55 kq), İsfəndiyar Novruzov (30 kq), Yavərbəy Abdullayev (+70 kq) gümüş, Vahid Həsənov (35 kq), İkram Babayev (55 kq), Mircəlal Ələsgərov (60 kq) və Aydın Fərzəli (52 kq) bürünc medal qazanıblar.

Yarışda 6 ölkədən idmançılar mübarizə aparıblar.

Xəbər 768 dəfə oxundu.