Badmintonçumuz Qazaxıstanda beynəlxalq turnirə qatılacaq
Azərbaycan badmintonçusu Edi Reski Dviçayo noyabrın 6-dan 10-dək Qazaxıstanda keçiriləcək “CONDENSATE Kazakhstan International Series 2019” turnirinə qatılacaq.

Badmintonçumuz mübarizəyə onaltıdabir final mərhələsindən başlayacaq. Dviçayo ilk görüşündə qazaxıstanlı badmintonçu Vyaçeslav Vlassovla qarşılaşacaq.

Qeyd edək ki, turnirdə 51 kişi və 38 qadın badmintonçu iştirak edəcək. Turnirin mükafat fondu 10 min dollardır.


Xəbər 373 dəfə oxundu.