Ağcabədidə basketbol üzrə rayon birinciliyi keçirilib
Basketbol üzrə məktəblilərin respublika çempionatının Ağcabədi rayon mərhələsi şəhər 2 nömrəli tam orta məktəbin komandasının qələbəsi ilə başa çatıb. İkinci və üçüncü yerləri müvafiq olaraq şəhər 1 nömrəli və Təzəkənd kənd tam orta məktəblərinin komandaları tutublar.

Gənclər və İdman, Təhsil nazirliklərinin, Azərbaycan Milli Olimpiya Komitəsinin və Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən respublika birinciliyinin rayon mərhələsində 46 komanda iştirak edib.

Şəhər 3 nömrəli məktəb-liseyin idman zalında keçirilən yarışın sonunda qaliblərə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.

Xəbər 1102 dəfə oxundu.