Azərbaycanın U-17 komandasının Avropa çempionatının seçmə mərhələsinin oyunları üçün heyəti açıqlanıb
Noyabrın 6-dan 9-dək Bakıda təlim-məşq toplanışı keçirəcək, noyabrın 10-dan 20-dək isə Yunanıstanın Patra şəhərində Avropa çempionatının seçmə mərhələsinin oyunlarında iştirak edəcək 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının heyəti açıqlanıb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, millimizin heyətində Eldar Tağızadə (“Fundacion Marcet”, İspaniya), Amin Ramazanov (“

Lokomotiv Moskva”, Rusiya), Rəşad Həsənov (“Keşlə”), Cəlal Hüseynov (“Zirə”), Mirəli Əhmədov (“Neftçi”), İbrahim Ramazanov (“Qəbələ”), Kamal Kazımov (“Keşlə”), Ümid Səmədov (“Kəpəz”), Ayxan Süleymanlı (“Football academy Manchester”, İngiltərə), Nihad Cəfərov (“Neftçi”), Rauf Rüstəmli

(“Qəbələ”), Berkay Vardar, Yusuf Oral (hər ikisi “Beşiktaş”, Türkiyə), Musa Musazadə (“Qarabağ”), Gülağa Əsədov, Mehrac Bəxşəliyev (hər ikisi “Qəbələ”), Nicat Quliyev (“Səbail”), Zöhrab Əsədov, Mirmöhsüm Canıyev (hər ikisi “Qarabağ”), Nurəli Nurəliyev (“Zirə”) və Rəvan Nağıyev (“Neftçi”) yer alıblar.

Xəbər 730 dəfə oxundu.