II beynəlxalq Caspian Cup start götürür
Mayın 30-dan iyunun 4-dək olan müddətdə Bakıda AFFA-nın təşkilatçılığı ilə 17 yaşadək futbolçulardan ibarət yığma komandalar (U-17) arasında II Caspian Cup beynəlxalq turniri keçiriləcək. İdman.com.az saytının məlumatına görə, Türkmənistanın müvafiq yaş qrupundan ibarət yığma komandasının texniki məsələlərlə əlaqədar turnirdə iştirak etməyəcəyi müəyyənləşib. Onun əvəzinə II Caspian Cup-da Litvanın U-17 komandası çıxış edəcək. Turnirin təqvimini bir daha diqqətinizə çatdırırıq:

30 may
10:00. Litva – Qazaxıstan. AzAL Arena
10:00. Türkiyə – Gürcüstan. “Dalğa Arena”
16:30. Açılış mərasimi. “Dalğa Arena”
17:00. Azərbaycan – Qırğızıstan. “Dalğa Arena”
19:30. Yaponiya – Özbəkistan. “Dalğa Arena”

31 may
10:00. Özbəkistan – Türkiyə. AzAL Arena
10:00. Yaponiya – Gürcüstan. “Dalğa Arena”
17:00. Litva – Qırğızıstan. “Dalğa Arena”
20:00. Qazaxıstan – Azərbaycan. “Dalğa Arena”

2 iyun
10:00. Qazaxıstan – Qırğızıstan. AzAL Arena
10:00. Gürcüstan – Özbəkistan. “Dalğa Arena”
17:00. Yaponiya – Türkiyə. “Dalğa Arena”
19:15. Azərbaycan – Litva. “Dalğa Arena”

4 iyun
10:00. 7-ci yer uğrunda oyun. AzAL Arena
10:00. 5-ci yer uğrunda oyun. “Dalğa Arena”
17:00. 3-cü yer uğrunda oyun. “Dalğa Arena”
19:30. Final
21:15. Bağlanış mərasimi

Xəbər 934 dəfə oxundu.