XIV Respublika Universiadası: Şahmat yarışının qalibləri müəyyənləşib
“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələri tələbələri arasında XIV Respublika Universiadası çərçivəsində oğlanlar və qızlar arasında şahmat yarışları keçirilib.

12 komandanın iştirak etdiyi turnirdə Azərbaycan Tibb Universitetinin tələbələri birinci yeri tutublar. Bakı Mühəndislik Universitetinin komandası ikinci, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri üçüncü yeri tutublar.

Bununla da universiada yarışları başa çatıb.

Xatırladaq ki, martda start götürən universiadada idmanın 10 növü - şahmat, dama, stolüstü tennis, basketbol, badminton, sərbəst güləş, yunan-Roma güləşi, cüdo, atletika, voleybol və badminton üzrə yarışlar keçirilib.

Xəbər 729 dəfə oxundu.