Orxan Hüseynzadə Avropa çempionatının seçmə oyununa təyinat alıb
Orxan Hüseynzadə 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə oyununa təyinat alıb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, O.Hüseynzadə Rusiya – Latviya qarşılaşmasının UEFA nümayəndəsi olacaq.

Matç noyabrın 15-də Rostov şəhərindəki “Rostov Arena”da keçiriləcək.

Xəbər 691 dəfə oxundu.