Lənkəranda bədən tərbiyəsi müəllimləri üçün D kateqoriyalı məşqçi kursu keçirilir
AFFA və Təhsil Nazirliyinin dəstəyi ilə Lənkəranda fəaliyyət göstərən orta məktəblərdə çalışan bədən tərbiyəsi müəllimlərinin futbol biliyinin artırılması məqsədi ilə D kateqoriyalı məşqçi kursu keçirilir.

Azsport.az AFFA-ya istinadla xəbər ki, 50 müəllimin iştirak etdiyi kursun ilk günündə məktəblərdə futbolun xüsusiyyətləri və inkişaf mərhələləri, məşqçinin davranış qaydaları ilə əlaqədar olaraq seminar keçirilib, mövzularla bağlı qrup şəklində çalışmalar yerinə yetirilib.

Kurs noyabrın 7-də başa çatacaq.

Xəbər 703 dəfə oxundu.