“Tokio 2020” iştirak edəcək idmançıların maksimal sayı açıqlanıb
Gələn il Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarının Təşkilat Komitəsi yarışlara 15 min 490 idmançını qəbul etməyə hazırlaşır.

Azsport.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, iştirakçılarından ən yüksək həddi Olimpiya Oyunlarında 11090, Paralimpiadada 4400 nəfərdir. Bu rəqəmlər cüzi sayda az da ola bilər.

Qeyd edək ki, Olimpiada iyulun 24-dən avqustun 9-dək, Paralimpiada avqustun 25-dən sentyabrın 6-dək keçiriləcək.

Xəbər 729 dəfə oxundu.