Polşa ikinci heyətini sınayır
Avro-2012-nin ev sahiblərindən olan Polşa yığması ikinci heyətlə Latviya millisini minimal hesabla üstələyib. Frantişek Jmudanın yetirmələri ikinci heyətlə Liensanın həvəskar komandası «Rapid»i 8:0 üstələdikdən sonra güman etmək olardı ki, 2004 iştirakçıları Latviya yığması ilə matça daha ciddi heyət çıxaracaq. Lakin belə olmadı. Heyətdə nə qapıçı Şensnı var idi, nə «Borussiya»nın Pişek, Blaşikovski, Levandovski üçlüyü var idi, nə polşa əsilli fransalılar Obranyak və Perki. Bu futbolçular Liensaya matçdan cəmi 1 gün öncə təşrif buyurmuşdular.

İdman.com.az saytının məlumatına görə, görüşə latışlar fəal başlasalar da, sonradan üstünlük polyakların əlinə keçib. Sonradan sönən Avro-2012 sahibləri hissənin sonlarında özlərinə gəldilər.
İkinci yarı qarşılıqlı hücumlarla başladı. Polyaklar əsasən sol qanadda Qrosiçkinin fəallığı ilə seçilirdilər. Lakin hücumlara itilik çatmırdı. Bununla belə Qrosiçkinin fəallığı sona yaxın qol gətirdi. Onun dəqiq asmasını Sobyex müqavimət görmədən baş zərbəsi ilə qola çevirdi.

Xəbər 1256 dəfə oxundu.